Bir amerikan qəzet Rusiya səfirinin terror edilməsini dəstəkləyib
https://azeri.sahartv.ir/news/dünya-i252143-bir_amerikan_qəzet_rusiya_səfirinin_terror_edilməsini_dəstəkləyib
Bir amerikan qəzet dünən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun terror edilməsini dəstəkləyib və iddia edib ki, onun qətli "terrorizm"ə aid deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2016 07:24 Asia/Baku
  • Bir amerikan qəzet Rusiya səfirinin terror edilməsini dəstəkləyib
    Bir amerikan qəzet Rusiya səfirinin terror edilməsini dəstəkləyib

Bir amerikan qəzet dünən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun terror edilməsini dəstəkləyib və iddia edib ki, onun qətli "terrorizm"ə aid deyil.

Əlqaidə-nin tabeliyində olan Ceyşul-fəthul-Şam- CƏFŞ terror qrupu çərşənbə günü səhər bu hücumun məsuliyyətini qəbul edib.

Nyu-York Deyli-Nyus qəzeti yazır: Karlov Putinin Suriyadakı nümayəndəsi kimi bu diktatorun bütün dünyadakı hərbi cinayətləri, eləcə də Rusiya daxilindəki zülmlərinin ümumi görünüşü olub.

Qəzet isbat edilməmiş iddialar irəli sürərək, əlavə edir: Andrey Karlov yüz minlərlə nəfərin öldürülməsi və hətta BMT işçilərinə hücum üzrə səylərdə Bəşşar Əsədə kömək, şəhərlərin dağıdılması üçün qırıcıların göndərilməsi, uşaqların qətli üçün səngər sındıran bombaların yerləşdirilməsini həyata keçirmiş siyasətlərin bəşəri təcəssümüdür.