Dek 21, 2016 13:39 Asia/Baku
  • Qərb Suriya ilə bağlı həqiqətlərin üzə çıxmasından qorxur
    Qərb Suriya ilə bağlı həqiqətlərin üzə çıxmasından qorxur

Bir ingilis ekspert vurğulayıb ki, Qərb Suriyadakı terrorçuları dəstəkləmələri ilə bağlı həqiqətlərin üzə çıxmasından qorxur.

Press TV-nin məlumatına görə, Londonda Yaxın Şərq Araşdırmalar Müəssisəsinin müdiri Katrin Şakdam Suriya böhranı və bu böhranla bağlı qətnamə barədə deyib: Zənnimcə, Suriya qətnaməsində məqsəd yalnız budur ki, qərblilər onların Suriyada terrorçuları dəstəkləmələri ilə bağlı sənəd və faktların tapılmasından və onların hərbi cinayətlərdə terrorçularla şərik olduqlarını göstərməsindən nigarandırlar.

Əslində Qərb həmişə bu məsələdən vahimə edibdir ki, xalq İŞİD-in əldə edə bildiyi silahların bəzi Qərb dövlətləri tərəfindən onlara verildiyini bilsin. Buna görə, BMT-nin hədəfi budur ki, Qərbin və onun regiondakı müttəfiqlərinin, xüsusən Ərəbistanın terrorçuları himayə etmələrini ört-basdır etsin. Əgər xalq, xüsusən Qərb ölkələrinin xalqları bilsələr ki, onların dövlətləri nə qədər terrorçuları himayə ediblər, onda Qərbin Yaxın Şərqdə hərbi iştirak üzrə bütün bəhanələri əsassız olacaqdır. Zira Qərb terrorizmlə mübarizə bəhanəsilə regiona daxil olub, halbuki özü terrorçulara dəstək verir.

Teqlər