Obama qütb məntəqələrində neft çıxarılması üzrə yeni qazıntıları qadağan edib
https://azeri.sahartv.ir/news/dünya-i252359-obama_qütb_məntəqələrində_neft_çıxarılması_üzrə_yeni_qazıntıları_qadağan_edib
Amerika prezidenti bu ölkə şirkətlərinin neft və qaz mənbələrinin aşkarlanması və istismara verilməsi məqsədilə qütb məntəqələrində yeni qazıntılar aparmalarını qadağan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2016 11:23 Asia/Baku
  • ABŞ prezidenti Barak Obama
    ABŞ prezidenti Barak Obama

Amerika prezidenti bu ölkə şirkətlərinin neft və qaz mənbələrinin aşkarlanması və istismara verilməsi məqsədilə qütb məntəqələrində yeni qazıntılar aparmalarını qadağan edib.

BBC telekanalı bildirib ki, ABŞ prezidenti Barak Obama onun yanvar ayında Ağ Evi tərk etməzdən öncə ətraf mühiti mühafizə üzrə sonuncu səyi olan bir addımda bildirib ki, bu ölkənin qütb məntəqələrində neft və qaz ehtiyatlarının aşkarlanması üzrə hər cür yeni qazıntısı qadağandır. 

Obama elə bir halda bu göstərişi veribdir ki, yanvar ayında qüdrəti ələ alacaq bu ölkənin yeni seçilmiş prezidenti Donald Tramp qütb məntəqələrində fossil yanacaq ehtiyatları çıxarmağa böyük maraq göstərdiyini bildirmişdi. Amma Obamanın 1950-ci ildən qalan qanunun yenidən tətbiq olunmasına dair göstərişi amerikalı şirkətlərin enerji çıxarılması üçün qütb məntəqələrində yeni qazıntılar aparmalarının çətinləşməsinə səbəb olacaq.