Fəthullah Gülən: Rusiya səfirinin qatili Ərdoğanın öz cangüdəni olub
https://azeri.sahartv.ir/news/dünya-i252362-fəthullah_gülən_rusiya_səfirinin_qatili_Ərdoğanın_öz_cangüdəni_olub
Hizmet hərəkatı adlandırılan təşkilatın sədri Fəthullah Gülən Rusiyanın Ankaradakı səfirinin qətlinin bu təşkilata aid edilməsni rədd edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 22, 2016 12:22 Asia/Baku
  • Fəthullah Gülən
    Fəthullah Gülən

Hizmet hərəkatı adlandırılan təşkilatın sədri Fəthullah Gülən Rusiyanın Ankaradakı səfirinin qətlinin bu təşkilata aid edilməsni rədd edib.

O, deyib: Qatil Türkiyə prezidentinin şəxsi mühafizə dəstəsinin üzvlərindən olubdur. Bu daha təhlükəlidir ki, ola bilsin, gələcəkdə digər şəxsləri öldürərək, onu Hizmet hərəkatına aid etmiş olsunlar.

Fəthullah Gülən Türkiyənin dövlət başçılarının onun başçılıq etidyi təşkilata qarşı ittihamlarına verdiyi video-reaksiyada deyib: Bu cinayətkar qatil onların öz yanlarında olub və bu zatın, yəni Türkiyə prezidentinin özünü qorumaq vəzifəsi daşıyırmış və hətta deyilibdir ki, on dəfə görünübdür. Medialar bunu yayıblar. Bir kəs ki, bu qədər ona yaxın olub. Və sonradan deyirlər ki, Əl-Nusrə qrupunda və ya filan qrupda olubdur. 

Məsələ tamamilə aydındır.