Berlində Merkelin mühacirət siyasətinin müxalifləri aksiya keçiriblər
Merkelin mühacirət siyasətinin müxalifləri və müvafiqlərindən bir qrupu dünən gecə Berlində aksiya keçirib.
Merkelin mühacirət siyasətini pisləyən ifratçı sağçıların bəzi havadarları çərşənbə günü gecə bir aksiya keçirərək, ölkə sərhədlərinin bağlanmasını və Angela Merkelin kənara çəkilməsini istəyiblər. Onlar Merkelin Berlin hücumunda məsuliyyət daşıdığını bildiriblər.
Merkelin mühacirət siyasətindən narazılıq çoxalıbdır və bazar ertəsi günkü hücum Almaniya kanslerinin tənqidçiləri üçün yaxşı fürsət yaratdı ki, öz narazılıq səslərini daha da ucaltsınlar və onun kənara çəkilməsini istəsinlər.
Merkelin mühacirət siyasəti müxaliflərindən o qədər də uzaq olmayan bir məsafədə bir qrup Berlin sakini də bu siyasəti himayə istiqamətində aksiya keçirib.