Dek 24, 2016 10:39 Asia/Baku
  • İki qayıq batdı; 90 nəfər öldü

İtaliya sahillərində son iki gündə miqrantları aparan iki qayığın batması nəticəsində azı 90 nəfər həlak olub və itkin düşüb.

Associated Pressin məlumatna görə, Beynəlxalq Miqrasiya Təşkilatının sözçüsü Cuel Milman deyib: Cümə günü İtaliya sahillərində bir qayığın batması nəticəsində azı 50 nəfər həlak olub və itkin düşüb. 

Digər bir hadisə isə cümə axşamı günü baş verib. Qayığın batması nəticəsində 40 nəfər həlak olub. 

Ötən iki il ərzində miqrantları aparan 320 mindən çox qayıq İtaliyya sahillərinə çatmışdır. Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, Avropaya dönülməz səfərində təxminən 7 min nəfər dənizdə batıb. 

Teqlər