Rusiyanın qəzaya uğramış təyyarəsinin sərnişinlərindən 12-nin cəsədi tapılıb
https://azeri.sahartv.ir/news/dünya-i253277-rusiyanın_qəzaya_uğramış_təyyarəsinin_sərnişinlərindən_12_nin_cəsədi_tapılıb
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, dalğıclar son günlər Qara Dəniz üzərində qəzaya uğramış Topolov-154 təyyarəsinin sərnişinlərindən 12-nin cəsədini tapıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2016 12:08 Asia/Baku
  • Rusiyanın qəzaya uğramış təyyarəsinin sərnişinlərindən 12-nin cəsədi tapılıb

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, dalğıclar son günlər Qara Dəniz üzərində qəzaya uğramış Topolov-154 təyyarəsinin sərnişinlərindən 12-nin cəsədini tapıblar.

Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya MN-i bu gün bir bəyanat yayaraq bildirib ki, bu günədək qəzaya uğramış təyyarənin sərnişinlərindən 12 nəfərinin cəsədi və təyyarənin 5 tikəsi tapılıb. 

Rusiya bildirib ki, Topolov-154 təyyarəsinin bütün 92 sərnişininin həlak olması ilə nəticələnmiş qəzaya uğramasının səbəbləri aydınlaşmayınca bu tipli təyyarələin uçuşunu dayandıracaq. 

Rusiya medyaları MN-ə istinadla təyyarənin məlumat qutularından birinin qəza ərazisində tapılmasından xəbər veriblər.