M.Boqdanov: Astana iclasında Rusiya,İran və Türkiyə vasitəçilik edəcəklər
https://azeri.sahartv.ir/news/dünya-i253385-m.boqdanov_astana_iclasında_rusiya_İran_və_türkiyə_vasitəçilik_edəcəklər
Rusiya prezidentinin qərbi Asiya və şimali Afrika üzrə xüsusi nümayəndəsi bildirib ki, Qazaxıstan paytaxtı Astanada Suriya dövləti və müxalifətinin iştirakı ilə keçiriləcək iclasda Rusiya, İran və Türkiyə vasitəçilik edəcəklər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2016 08:56 Asia/Baku
  • Mixail Boqdanov
    Mixail Boqdanov

Rusiya prezidentinin qərbi Asiya və şimali Afrika üzrə xüsusi nümayəndəsi bildirib ki, Qazaxıstan paytaxtı Astanada Suriya dövləti və müxalifətinin iştirakı ilə keçiriləcək iclasda Rusiya, İran və Türkiyə vasitəçilik edəcəklər.

Suriya televiziyasının verdiyi məlumata görə, həm də Rusiya xarici işlər nazirinin müavini vəzifəsində olan Mixail Boqdanov deyib: Bundan əlavə Rusiya, İran və Türkiyə ehtimali razılaşmaların icrasına qaranti verəcəklər. 

Boqdanov deyib: Döyüşlərdə iştirakı olan silahlı qrupların nümayəndələrinin iclasında onlarla görüşəcək. Boqdanov BMT-nin Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Stefan De-Misturanın bu iclasda iştirak etməyəcəyini bildirib.