Rus ekspertlər: Texniki nasazlıq təyyarənin qəzasının əsas səbəbidir
-
Texniki nasazlıq təyyarənin qəzasının əsas səbəbidir
Rusiya ekspertlərinin qənaətincə, son vaxtlar Qara dənizdə qəzaya uğrayan hərbi təyyarənin qəzaya uğramasının əsas səbəbi qanadında texniki nasazlıqdır.
Rusiyanın Suriyanın Laziqiyyə liman şəhərində Hmeymim hərbi hava bazasına uçan TU-154 hərbi təyyarəsi Soçi şəhəri aeroportundan qalxdıqdan bir az sonra Qara dəniz sahillərində qəzaya uğrayıb. Bütün sərnişinlər bu hadisədə həlak olub.
Rusiya medialarının bildirdiyinə görə, bu təyyarənin hər üç qara qutusu tapılıb. Məlumatlara görə, Moskva bu hadisə ardınca qeyd olunan bu növ təyyarələrin bütün uçuşlarını ləğv edib.
Rusiyanın life.ru saytı iddia edib ki, qanadda texniki nasazlığa dair nəzarət qülləsi ilə təyyarə pilotları arasında son danışıqları əldə edib.
Bu təyyarənin ilk qalıqları bazar ertəsi günü 27 metr dərinlikdə və sahilin bir milində aşkarlanıb.
İndiyə qədər 12 cəsəd sudan çıxarılıb və Rusiyaya nəql olunub. Rəsmilərin qənaətincə, hadisədə həlak olanların əksəriyyətinin cəsədi təyyarənin qalıqları arasındadır.