Netanyahu Trampın sədaqət ifadə etməsinə sürətlə reaksiya verib
https://azeri.sahartv.ir/news/dünya-i253498-netanyahu_trampın_sədaqət_ifadə_etməsinə_sürətlə_reaksiya_verib
Sionist rejimin baş naziri Trampın sionistlərə olan puç vədləri və təhrikedici sözlərinə gözləniləndən daha tez reaksiya göstərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2016 07:49 Asia/Baku
  • Netanyahu Trampın sədaqət ifadə etməsinə sürətlə reaksiya verib
    Netanyahu Trampın sədaqət ifadə etməsinə sürətlə reaksiya verib

Sionist rejimin baş naziri Trampın sionistlərə olan puç vədləri və təhrikedici sözlərinə gözləniləndən daha tez reaksiya göstərib.

Əlaləm telekanalının məlumatına görə, Benyamin Netanyahu dünən gecə və Amerikanın seçilmiş prezidenti Donald Trampın "Barak Obama dövləti" ilə hazırkı çəkişmədə Təl-Əvivi himayə səbəbindən sionistlərə sədaqət ifadə etməsini bildirməsindən təkcə bir saat sonra minnətdarlıq edib.

Sionist rejimin baş naziri bir twitt-də Trampa xitabən yazıb ki, "İsrail rejimini qətiyyətlə himayə etdiyinizə və səmimi dostluğa görə, sizə təşəkkür edirəm."

Donald Tramp bir twitter müraciətində Barak Obama dövlətinin BMT Təhlükəsizlik Şurasının İsrail rejiminin Fələstin ərazilərindəki sionist qəsəbə salmalarına qarşı qətnamə layihəsini veto etməmək üzrə hərəkətini şiddətlə məzəmmət etmiş və yazmışdı ki, İsrail rejimi qarşısındakı bu hörmətsizliyin və təhqiramiz rəftarın davam etməsinə yol verməyəcək.