Rusiya təyyarəsinin sonuncu qara qutusu tapılıb
Dek 29, 2016 12:56 Asia/Baku
-
Rusiya təyyarəsinin sonuncu qara qutusu tapılıb
Bazar günü Suriyanın Laziqiyyə şəhərinə doğru uçarkən 92 sərnişinlə süqut etmiş Rusiyanın Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin üçüncü qara qutusu tapılıb.
Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiyanın təhlükəsizlik xidmətləri bildiriblər ki, Tu-154 təyyarəsinin üçüncü qara qutusuna məxsus lent yazısını taparaq, Rusiya ordusuna təhvil veriblər.
Tu-154 təyyarəsinin birinci qara qutusu cari həftənin çərşənbə axşamı günü şifrənin açılması məqsədilə Moskvaya göndərilib.
Ötən bazar günü Rusiyanın Soçi şəhərindən Suriyanın Laziqiyyə şəhərinə doğru uçan Tu-154 təyyarəsi süqut etdi və onun bütün 92 sərnişini həyatını itirdi. Qızıl ordunun xor qrupunun məşhur üzvlərindən bir neçəsi bu təyyarənin sərnişinlərindən olubdur.
Teqlər