Rusiya "Şarli Hebdo"nun karikaturalarını tənqid edib
-
Rusiya "Şarli Hebdo"nun karikaturalarını tənqid edib
Rusiyanın Müdafiə Nazirliyi "Şarli Hebdo"(Charlie Hebdo) satirik jurnalının Soçidə süqut etmiş bu ölkə hərbçilərindən bir qrupunu daşıyan təyyarə barədə karikatura çap etməsinə reaksiya veribdir.
Rusiyanın Müdafiə Nazirliyi "Şarli Hebdo" satirik jurnalının Rusiyanın süqut etmiş təyyarəsini lağa qoymaq barədə karikaturalar nəşr etmək üzrə hərəkətini mənfur hərəkət adlandırıb.
TASS xəbər agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general İqor Konaşenkov deyib: Əgər bu üzdəniraq sənətkarlıq Qərbin dəyərlərini göstərirsə, deməli, bu cür hərəkətlərin himayəçisi olan kəslər sonda təcrid olunacaqlar.
Müstəqil və ya Qərb ilə müxalif ölkələrin başçılarına, eləcə də dini, ilahi və insani dəyərlərə hörmətsizlik etməkdə böyük keçmişə malik olan fransız "Şarli Hebdo" satirik jurnalı özünün ən yeni sayında Rusiya Müdafiə Nazirliyinin Tu-154 təyyarəsinin Qara dənizdə süqut etməsini Rusiya prezidentinə hücum predmeti edibdir.