Dek 30, 2016 10:40 Asia/Baku
  • Filippin prezidenti Amerika səfirlərini casus adlandırıb
    Filippin prezidenti Amerika səfirlərini casus adlandırıb

Filippin prezidenti bu ölkə hökumətini de-stabil etmək üçün Amerikanın planı barədə yayımlanan xəbər reportajına reaksiyada deyib: Amerika səfirləri casusdur.

Röytersin məlumatına görə, Filippin prezidenti Rodriqo Duterte cümə axşamı günü bildirib: Amerika səfirlərinin əksəriyyəti bu ölkənin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqədədir. Bu idarənin digər ölkələrin daxili məsələlərində müdaxiləsinə dair uzun keçmişi vardır. 

Filippin medialarının məlumatına görə, son vaxtlar Manilada səfirlik dövrü başa çatan Amerika səfiri Filip Qoldberq müxtəlif strategiyalar hazırlayıb ki, 18 ay ərzində Duterte hökuməti de-stabilliklə üzləşsin. Bu layihə Filippin prezidenti müxaliflərinə dəstəyə şamil olur. 

Teqlər