Rusiya diplomatları Amerikadan çıxarılıb
Vaşinqton və Moskva əlaqələrində gərginliyin davam etməsi ilə Amerika gözlənilməz bir hərəkətdə onlarla Rusiya diplomatını bu ölkədən çıxarıb.
BBC-nin məlumatına görə, ABŞ hökuməti cümə axşamı günü bildirib: Rusiyanın ABŞ prezident seçkilərində müdaxiləsinə görə 35 rus diplomat bu ölkədən çıxarılıb.
ABŞ Dövlət Departamenti Vaşinqton DC-də Rusiya səfirliyi və San-Fransiskoda bu ölkə konsulluğunun diplomatları və ailələrinə Amerika ərazisini tərk etmək üçün 72 saat vaxt verib.
Həmçinin CNN bir reportajda bildirib: ABŞ prezidenti Barak Obama Rusiyanın 6 rəsmisi və 5 qurumuna qarşı yeni sanksiyaların tətbiq olunmasına göstəriş verib.
Bundan öncə Obama Rusiyanı Amerika prezident seçkiləri sisteminə qaşrı kiber hücum və Donald Trampın qələbəsinə kömək etməkdə suçlamışdı.
Moskva da ABŞ tərəfindən Rusiya əleyhinə belə ittihamların irəli sürülməsini dəfələrlə təkzib edib və onu əsassız adlandırıb.