Fransa təhlükəsizlik qüvvələrinin misli görünməmiş iştirakı
https://azeri.sahartv.ir/news/dünya-i253918-fransa_təhlükəsizlik_qüvvələrinin_misli_görünməmiş_iştirakı
Fransa yeni milad ilinin təhlükəsizliyini təmin etmək məqsədilə öz təhlükəsizlik qüvvələrindən misli görünməmiş bir miqdarı bu ölkənin müxtəlif məntəqələrində yerləşdiribdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 01, 2017 07:04 Asia/Baku
  • Fransa təhlükəsizlik qüvvələrinin misli görünməmiş iştirakı
    Fransa təhlükəsizlik qüvvələrinin misli görünməmiş iştirakı

Fransa yeni milad ilinin təhlükəsizliyini təmin etmək məqsədilə öz təhlükəsizlik qüvvələrindən misli görünməmiş bir miqdarı bu ölkənin müxtəlif məntəqələrində yerləşdiribdir.

Le Fiqaro qəzetinin məlumatına görə, təqribən yüz min təhlükəsizlik qüvvəsi şənbə günü gecə Fransada yeni milad ili şənliklərinin təhlükəsizliyində məsuliyyət daşıyırdı.

Bu məlumata görə, Fransa bu istiqamətdə 52 min 500 polis, 5600 sərhəd polisi və 4 min xüsusi təyinatlı polis qüvvəsindən istifadə edibdir.

Bu qüvvələr 2015-ci ilin noybarında Bataklan məntəqəsinə qarşı terror hücumundan bəri təhlükəsizlik tapşırığını yerinə yetirməkdə olan on minlərlə ordu əsgəri tərəfindən dəstəklənirdi.

Bu qüvvələr məktəblər, dini məkanlar, dəmiryolu stansiyaları və digər ümumi məkanların qorunması üzərində təmərküzləşmişdilər, zira bu məkanlara qarşı terror hücumlarının həyata keçiriləcəyi ehtimal olunurdu.