Qərbin terrorizmlə mübarizədə sədaqəti yoxdur
-
Qərbin terrorizmlə mübarizədə sədaqəti yoxdur
Siyasi ekspert bildirib: Qərb terrorizmlə mübarizədə və Suriyada sülhün bərqərar olunmasında sədaqətli deyil və həqiqətən terrorizmlə savaşan ölkələrlə eyni addımlamaq istəmir.
Press TV-nin məlumatına görə, siyasi analitik və jurnalist Məhəmməd Əli Karter bu televiziya ilə müsahibəsində deyib: Yaxın Şərq regionunda münaqişələrə son qoymaq üçün çoxlu planlar irəli sürülüb. Lakin nəticəsiz olmuşdur. Onun əsas səbəbi bu planların sədaqətli olmamasıdır.
İŞİD və Ən-Nüsrə Cəbhəsi təhlükəsi Suriya üçün ciddidir. Bu qruplaşmalar rəsmən tanınmış terror qruplaşmalarıdır. Lakin qərb ölkələri savaş meydanlarında bu terror qruplaşmaları ilə savaşan ölkələrlə müzakirə masası arxasında oturmaq istəmirlər. Qərb ölkələri İran və Suriya dövləti ilə bu barədə söhbət etmək istəmirlər. Halbuki bu iki ölkə ön cəbhədə terrorçularla döyüşür. Bu ölkələrin addımları Birləşmiş Ştatların hal-hazırda terrorçular qarşısında atdığı addımlardan çoxdur. Qərb medialarında parçalanmanın irəli sürülməsi çox utandırıcıdır. İraq və Suriya parçalanmaq təhlükəsini canları ilə almaq istəmirlər. Ümidvaram gələn həftələrdə Suriya barəsində Qazaxıstan danışıqları səmərəli olacaq və oyunçular Suriyada sülhə çatmaq üçün sədaqətli davranacaqlar.