Yan 02, 2017 12:33 Asia/Baku
  • Türkiyə hökumətinin terror qruplaşmaları haqda funksiyasını tənqid etdi
    Türkiyə hökumətinin terror qruplaşmaları haqda funksiyasını tənqid etdi

Siyasi ekspert Türkiyə hökumətinin terror qruplaşmaları haqda funksiyasını tənqid edib və deyib: Elə bu siyasət Türkiyədəki terror aktlarının səbəbkarıdır.

BBC televiziyasının məlumatına görə, türk ekspert İlhan Taner bu telekanala müsahibəsində deyib: Ötən 18 ayda yəni 2015-ci il iyunundan indiyə qədər, Türkiyədə 33 terror aktı baş verib. Əslində orta hesabla hər ayda bir və ya iki terror aktı baş verib. Bu aktlardan çoxu, o cümlədən ötən ayda İstanbulda, Ankara və ya Antalyada güclü terror aktı törədilib. Əsas məsələ budur ki, bu hadisələrin baş verməsi ilə Türkiyə hökumətinin terrorizmlə qarşılaşmada prioriteti dəyişməyib. Hələlik Türkiyə rəsmiləri təkfirçi terror qruplarına qarşı addımlar atmayıblar. Türkiyə "cihadçı" şəbəkələrə üzv ünsürlərin Suriyaya hərəkəti üçün uzunmüddətli istiqamət olmuşdur. Fikrimcə, Suriya qarşısında və bir çox məsələlərdə Türkiyənin siyasətləri barəsində ciddi suallar vardır və Ankara onları cavablandırmalıdır. 

Teqlər