Yan 02, 2017 21:14 Asia/Baku
  • Terror aktları və Türkiyənin turizm sənayesinə vurduğu zərbə
    Terror aktları və Türkiyənin turizm sənayesinə vurduğu zərbə

Türkiyədə son terror aktları bu ölkənin turizm sənayesinə zərbə vurub.

France 24 televiziyasının məlumatına görə, Türkiyə ötən bir il yarım ərzində dəfələrlə terror aktları ilə üzləşib. Bu aktlar bu ölkənin turizm sənayesini dəhşətli şəkildə təsiri altına alıb. Turizmin daxili xammal istehsalının altı faizini təşkil edən ölkədə bu aktlar ağır zərbə hesab olunur. 2016-cı il 12 yanvarda Ayasofya ətrafında partlayış baş verdi. Bu bölgə turistlər üçün İstanbulun ən izdihamlı yerlərindən biridir. Bu kamikadze hücumunda 12 alman turist həlak oldu. İŞİD bu aktın məsuliyyətini üzərinə götürdü. 29 iyunda Atatürk Beynəlxalq Hava Limanında akt törədildi. Bu akt Türkiyəyə baha başa gəldi. Türkiyə indiyə qədər dünya turizminin 6-cı məqsədi idi. Lakin bir il öncədən terror aktlarına görə, Türkiyədə turistlərin sayı 37% azalıb. Nəticəsi ötən ilin analoji dövrü ilə müqayisədə noyabr ayında turizmdən gələn gəlirin 4 milyard dollar azalmasıdır. İlin üçüncü rübündə də daxili xammal istehsalının həcmi 1,8% azalıb. İstanbulda gecə klubuna qarşı son terror aktı da ehtimal üzrə turistlərin sayının yenidən azalmasına səbəb olacaq. Terror aktları ilə üzləşmiş Tunis və Misir kimi Türkiyə də bundan sonra turist səfərləri məqsədləri üçün avropalıların diqqətini çəkməyəcək.

Teqlər