Çamski: Tramp nüvə anlaşmasını ləğv etməklə Amerikanı təcridə doğru sürükləyəcək
https://azeri.sahartv.ir/news/dünya-i254269-Çamski_tramp_nüvə_anlaşmasını_ləğv_etməklə_amerikanı_təcridə_doğru_sürükləyəcək
Tanınmış amerikalı dilşünas və nəzəriyyəçi vurğulayıb: Əgər Donald Tramp nüvə anlaşmasının ləğvi barədəki vədini reallaşdırarsa, Amerikanın dünyada təcrid olunmasına doğru addım atmış olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 03, 2017 14:28 Asia/Baku
  • Çamski: Tramp nüvə anlaşmasını ləğv etməklə Amerikanı təcridə doğru sürükləyəcək
    Çamski: Tramp nüvə anlaşmasını ləğv etməklə Amerikanı təcridə doğru sürükləyəcək

Tanınmış amerikalı dilşünas və nəzəriyyəçi vurğulayıb: Əgər Donald Tramp nüvə anlaşmasının ləğvi barədəki vədini reallaşdırarsa, Amerikanın dünyada təcrid olunmasına doğru addım atmış olacaq.

Tanınmış amerikalı dilşünas, nəzəriyyəçi və analitik Nuam Çamski Donald Tramplın ABŞ-ın gələcək prezidenti kimi seçilməsi haqda deyib: Trampın seçilməsilə dünya hazırda bəşəriyyətin həyatı üzrə təhdidlərlə üzləşir.

Çamski Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın təcrid olunması barədə də deyib: Vaşinqtonun təcridinə doğru addımlardan biri düz o zaman atılacaqdır ki, Tramp İran ilə 5+1 qrupu arasındakı anlaşmaya son qoymaq üzrə vədinə əməl etmiş olsun.

Tanınmış amerikalı nəzəriyyəçi deyib: 5+1 qrupuna daxil olan digər üzv ölkələr bu anlaşmaya əməl etməkdə davam edirlər və bu, o deməkdir ki, onlar Vaşinqtonun sanksiyalarına məhəl qoymurlar və bu məsələ Amerikanın dünyada təcrid olunmasını Avropadan da geniş miqyasda yayacaq.