Rusiya və Filippin müştərək hərbi təlimlər keçirir
-
Rusiya və Filippin müştərək hərbi təlimlər keçirir
Rusiyanın hərbi rəsmisi deyib: Bu ölkə Manilaya iki hərbi gəmi ezam edərək terrorizmlə və dəniz quldurları ilə mübarizəyə kömək üçün Filippinlə müştərək hərbi dəniz təlimləri keçirir.
İRNA-nın məlumatına görə, Rusiya Dəniz Qoşunlarının Sakit Okean Donanmasının rəis müavini admiral Eduard Mixaylov bu hərbi təlimləri iki ölkənin dəniz qoşunlarının ilk əlaqəsi adlandırıb və bu ölkədə və ya Rusiyada filippinli kapitanların təlimindən xəbər verib.
Filippin Dəniz Qoşunlarının sözçüsü də deyib: Bu, Rusiya Dəniz Qoşunlarının Amerikanın bölgədəki ən yaxın müttəfiqi Filippinlə ilk rəsmi anlaşmasıdır.
Mixaylov deyib: Region, o cümlədən Cənubi Çin dənizi sularının təhlükəsizliyinin təmin olunması bütün ölkələr, o cümlədən Rusiya üçün bir nigaranlıqdır.
Rusiya və Çin Filippin ordusuna kömək üçün hərbi qabiliyyətlərin yüksəldilməsi və hərbi silah-sursatın verilməsinə maraq göstəriblər.
6 ay öncədən Filippin prezidenti olaraq iqtidara gəlmiş Rodriqo Duterte Pakin və Moskva ilə Manilanın hərbi və xarici koalisiyasını gücləndirməyə çalışıb.