Türk jurnalist: Türkiyə bir neçə dəstəyə bölünüb
-
Türk jurnalist: Türkiyə bir neçə dəstəyə bölünüb
Türk jurnalist bildirib: Türkiyə heç vaxt tam demokratik olmayıb və heç vaxt öz hökumət qurumlarını demokratik qurumlara dəyişməyib.
BBC televiziyasının məlumatına görə, Ezgi Başaran bu telekanalla müsahibədə İstanbuldakı son terror aktı barədə deyib: İstanbulda Reina gecə klubuna hücum bu ölkədə ictimai quruluşun parçalandığını və məhvlə üzləşdiyini göstərir. Terror aktından bir neçə saat sonra ictimai şəbəkələrdə saysız statuslar yayımlandı ki, bu hücumu alqışlayırdı. Əslində Türkiyədə bir qrup vardır ki, dolayısı ilə bu hücumu alqışlamışdır. Bu qrup deyir ki, dünya alovlanıb və yanmaqdadır, spirtli içkilərin içilməsi və qısa ətəklərin geyilməsi yanlış işdir və belə hücum bu şəxslərin haqqıdır. Əslində onlar bu qənaətdədirlər ki, bu hücum bu şəxslər üçün ədalətli cəza olub. Hətta Türkiyə hökumətinin bəzi tərəfdarları və tənqidçiləri belə açıqlamadan qəzəblənmişlər. Türkiyə heç vaxt tam demokratik olmayıb və heç vaxt öz hökumət qurumlarını demokratik qurumlara dəyişməyib. Lakin indiki kimi heç vaxt demokratiyadan uzaqlaşmayıb. Ötən bir dekada ərzində Türkiyə bir neçə dəstəyə bölünüb.