Misir vətəndaşları adaların səudiyyəlilərə verilməsindən qəzəbləniblər
https://azeri.sahartv.ir/news/dünya-i254326-misir_vətəndaşları_adaların_səudiyyəlilərə_verilməsindən_qəzəbləniblər
Misirin bir jurnalisti bildirib ki, bu ölkə vətəndaşları adalarının Səudiyyə Ərəbistanına təhvil verilməsi üzrə hökumətin qərarından qəzəbləniblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 04, 2017 08:08 Asia/Baku
  • Misir vətəndaşalrı adaların səudiyyəlilərə verilməsindən qəzəbləniblər
    Misir vətəndaşalrı adaların səudiyyəlilərə verilməsindən qəzəbləniblər

Misirin bir jurnalisti bildirib ki, bu ölkə vətəndaşları adalarının Səudiyyə Ərəbistanına təhvil verilməsi üzrə hökumətin qərarından qəzəbləniblər.

Press TV-nin məlumatına görə, Şərif əl-Tuni bu telekanala verdiyi müsahibədə Misir adalarının Səudiyyə Ərəbistanına təhvil verilməsi haqda deyib: Bu günlərdə Misirdə şahidi olduğumuz etirazların müxtəlif səbəbləri vardır. Vətəndaşların şüarında "Çörək, azadlıq, bu Misirin adalarıdır" adlı şüar aydın görünür. Çörək sözü Misirin iqtisadi vəziyyətinin ağırlığına toxunur. Misirin milli valyutasının dəyəri üç dəfə azalıb. Bu da bu ölkə vətəndaşlarının alıcılıq qabiliyyətinin azalması deməkdir. Azadlıq, misirlilərin digər tələbidir ki, bu günlər çox məhdudlaşıb və etirazçılar hər bir bəhanə ilə həbs olunurlar. Bu şüarın üçüncü hissəsi bu adaların Misirə aid olduğunu vurğulayır. Vətəndaşlar aksiyalarla bu adaların Səudiyyə Ərəbistanına təhvil verilməsinə qarşı olduqlarını əks etdiriblər. Misir vətəndaşları ölkə hökumətinin bu adaların Səudiyyə Ərəbistanına təhvil verilməsi ilə bağlı qərarından qəzəbləniblər.