Şimali Koreya nüvə silahları ilə təchiz oluna bilərmi?
ABŞ-ın yeni prezidenti diqqətini xarici siyasətə yönəldib və onun diqqəti Şimali Koreyayadır. Çünki Şimali Koreyanın lideri Kim Jonq Un yeni il müraciətində bildirib ki, ölkəsi Amerikaya nüvə başlığını atmaq potensialını əldə etmək ərəfəsindədir. Tramp bir müraciətdə belə hadisənin baş verməyəcəyini deyib. Əlbəttə hələlik bəlli deyil ki, o görəsən Şimali Koreyanın belə bir potensialı əldə etməsi qənaətindədir yoxsa önləyici addımlar atmaq niyyətindədir?
CNN televiziyasının məlumatına görə, BMT Təhlükəsizlik Şurasında Şimali Koreyaya tətbiq olunan sanksiyalar artırılıb. Bu da bu ölkənin əsas ixracatı olan daş kömürün satışı üçün məhdud tavanın təyini, həmçinin mis, nikel, gümüş və qurğuşun kimi metalların ixracatına qadağaya şamil olur. Həmçinin Cənubi Afrika ölkələrində çoxlu müştəriləri olan Şimali Koreyadan daş heykəllərin ixracatı qadağan elan olunub. Bundan əlavə, Cənubi Koreyaya təyyarə yanacağı idxalı qadağan edilib. Çünki silahların istehsalı sektorunda ikili istehlaka səbəb ola bilər. Şimali Koreyaya qarşı yeni sanksiyalar bu ölkəni ildə 800 milyon dollardan çox xərcə sala bilər. Hazırda belə bir sual var ki, görəsən bu sanksiyalar nüvə silahlarının istehsalı proqramı ilə əlaqədar Şimali Koreya rəhbəri Kim Jonq Un üçün önləyici ola bilərmi?
Dünya Siyasəti üçün Karnegi-Tsinqva Araşdırmalar Mərkəzinin nüvə və təhlükəsizlik məsələləri üzrə eksperti Tonq Jao Pekində bu telekanalın aparıcısı ilə eksklüziv müsahibədə deyib: Şimali Koreya hökumətinin hələ də gəlirləri vardır və öz raket və nüvə proqramlarına sərmayələr yatıra bilər. Beynəlxalq ictimaiyyət doğrudan da o gəlirlərin qarşısını ala bilməzlər. Buna görə, Şimali Koreya hələ də öz proqramını irəlilədə bilər. Bu ehtimal vardır ki, Şimali Koreya nüvə silahları və raketlərə şamil olan öz həssas hərbi infrastrukturlarını çox dərin yeraltı tunellərdə və ya gücləndirilmiş və möhkəm hərbi obyektlərdə gizlətmişdir. Buna görə, Amerika və Cənubi Koreya üçün çox çətindir ki, Şimali Koreyanın bütün nüvə raketlərini müəyyənləşdirsinlər və onları ilk ildırım sürətli hücumda tamamilə məhv etsinlər.