Yan 05, 2017 09:41 Asia/Baku
  • Tramp: Demokratların təhlükəsizlik sistemi də respublikaçılarınkı kimi əmin-aman deyil
    Tramp: Demokratların təhlükəsizlik sistemi də respublikaçılarınkı kimi əmin-aman deyil

Amerikanın seçilmiş prezidenti Donald Tramp deyib: Amerika Demokrat Partiyasının Milli Komitəsinin kompüter sistemləri seçkilərin gedişində ona görə, hak edilmişdi ki, Respublikaçılar Partiyasının sistemləri kimi yetərli təhlükəsizliyə malik deyildilər.

IRNA-nın Sputnik-ə istinadlı məlumatına görə, Donald Tramap dünən qısa bir twiit-də bu mətləbi özünün twitter səhifəsində yayıbdır.

Amerika kəşfiyyat agentliklərinin Rusiyanın Amerika Demokrat Partiyasının kompüterlərinə qarşı kiber hücumları haqdakı qənaətinə tərəddüd edən Tramp bundan öncə demişdi ki, çərşənbə günü bu barədə danışacaq.

Yayılmış məlumatlara görə, Tramp və onun digər baş müşavirləri bu qənaətdədirlər ki, demokratlar Rusiya başçılarının ona kömək etmələri ittihamı ilə onun 8 noyabr qələbəsinin legitimliyini şübhə altına almağa çalışırlar.

Amerikanın kəşfiyyat rəsmiləri əmin olduqlarını bildiriblər ki, Rusiya, ABŞ prezident seçkilərində qalib gəlməsi üçün Trampa yardım çatdırmaqdan ötrü Amerika Demokrat Partiyasının və amerikalı diplomatların kompüterlərinə qarşı keçirilən kiber hücumlarının arxasında durubdur.

Barak Obama ötən həftə bu məsələyə reaksiyada Rusiya kəşfiyyat rəsmiləri adlandırdığı 35 rus diplomatı Birləşmiş Ştatlardan çıxardı və Amerika ərazisində Rusiyaya aid olan iki bina kompleksini bağladı.

Rusiya prezidenti Vladimir Putin də bir gün sonra belə dedi: Təəssüf edirəm ki, Amerikanın hazırkı dövləti öz işini bu cür başa vurur.

Putin həmçinin Obamanın hərəkətini amerikalı diplomatların Rusiyadan çıxarılmaları ilə əvəzini çıxacağı gözlənildiyi bir halda, əlavə edib: Moskva amerikalı diplomatları ixrac etməyəcək və öz diplomatiyasını mətbəx səviyyəsinə endirməyəcək.

Tramp bir twitt-də Rusiya prezidentinin bu hərəkətini alqışlayıb.

Teqlər