Yan 06, 2017 10:30 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin təhlükəsizliyinin Suriyada və digər region ölkələrində təhlükəsizliyin bərqərar edilməsindən asılı adlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı Ankarada yeni metro xəttiin istifadəyə verilməsi mərasimində deyib: Türkiyənin təhlükəsizliyi sadəcə Qazıantəp şəhəri ilə məhdudlaşmır və bu ölkə sərhədlərindən kənarda və Türkiyə ilə qonşu olan ölkələrdə də təhlükəsizlik təmin edilməlidir. 

Türkiyədə yaşanan son gərginliklər və İzmirdə prokurorluq binası önündə bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində 4 nəfərin öldüyü, 7 nəfərin isə yaralandığı bildirilir. 

İzmir valisi Erol Ayyıldız deyib: Bu hadisə polis qüvvələrinin 2 şübhəli avtomobili axtarış aparmaq üçün durdurduğu zaman baş verib. Belə ki, durdurulan avtomobillərdən birində olan partlayıcı qurğu terrorçular tərəfindən işə salınıb. 

Bu hadisənin ardınca 3 terrorçu və hadisə yerində olan polis əməkdaşları arasında silahlı toqquşma baş verib. Nəticədə 2 terrorçu öldürülüb, 3-cü terrorçu isə qaçmağa nail olub. 

İzmir valisi həmçinin deyib: Mövcud dəlil və sübutlara əsasən bu terror aktı PKK tərəfindən törədilib. 

Teqlər