Yan 06, 2017 11:49 Asia/Baku
  • Türkiyəli ordu zabiti: Terrorçular Türkiyədə təlim keçiblər
    Türkiyəli ordu zabiti: Terrorçular Türkiyədə təlim keçiblər

Türkiyə ordusunun yüksək rütbəli bir zabiti bu ölkə prezidenti, Amerika və müttəfiq ölkələrin terrorçu qruplaşmaları o cümlədən İŞİD-i himayə üzrə rolunu ifşa edərək, deyib: Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Suriya və İraqda savaşın başlanmasından öncə məxfi düşərgələrdə İŞİD yaraqlılarına döyüş təlimləri keçib.

Əl-İtticah telekanalının verdiyi məlumata görə, Türkiyədən qaçmağı bacaran və hazırda Almaniyanın kəşfiyyat təşkilatının nəzarəti altında olan bir ordu zabiti Türkiyə prezidenti və Ali-Səudun İŞİD və digər terrorçu qruplaşmaların silahlandırılması, maliyyələşdirilməsi və terrorçulara hərbi təlimlərin keçirilməsi üzrə görülən işləri himayə etmələri haqda yeni faktlar ortaya qoyaraq, bütün bunların ABŞ-ın nəzarəti altında baş verdiyini bildirib. Bu terrorçular təlim keçdikdən sonra, savaşmaq üçün Suriya, İraq və digər ölkələrə göndərilirlər. 

Əl-İtticadın müxbiri bir reportajda bildirib: Dyarbəkir hərbi hissəsinin sabiq komandanı general-mayor Əhməd Qəhvəçinin dediyinə görə, MİT Suriya və İraqda savaşın başlanmasından öncə məxfi düşərgələrdə İŞİD yaraqlılarına təlimlər keçib. Bu təlim düşərgələri Türkiyənin İraq və Suriya ilə sərhədlərinə yaxın məntəqələrdə olub. 

Türkiyə ordusunun fərari zabiti həmçinin deyib: Ərdoğan dəfələrlə bu təlim düşərgələrinə və silahlıların təchiz edilməsinə yaxından baxış keçirib. 

General-mayor Əhməd Qəhvəçi əlavə edib: Bu təlim düşərgələrində silahlı şəxslərə ABŞ-ın Blək Vater təhlükəsizlik şirkətinə məxsus amerikalı mütəxəssislər tərəfindən təlimlər keçilib. Blək Vater şirkəti Ərəbistan ilə bağladığı müqavilə əsasında bu işi həyata keçirib. 

Türkiyəli fərari zabit həmçinin deyib ki, Ərəbistan və Türkiyə dünyanın müxtəlif yerlərindən xüsusi ilə İslam ölkələri və digər ölkələrdəki ifratçılar arasından muzdluların cəzb edilməsi və onların Türkiyə yolu ilə İraq və Suriyaya ötürülməsi barədə də razılığa gəlibmişlər. 

Teqlər