Yan 06, 2017 12:19 Asia/Baku
  •  İstanbulda gecə klubuna hücum edən şəxs uyğur mənşəlidir
    İstanbulda gecə klubuna hücum edən şəxs uyğur mənşəlidir

İstanbulda bir gecə klubuna hücum edən şəxsin kimliyi ilə bağlı ən son məlumatlara görə, bu şəxs Çinin qərbində yaşayan Uyğur soyuna aid şəxs olub.

Əl-Ərəbiyə telekanalının verdiyi məlumata görə, əldə edilmiş ən yeni informasiyalara əsasən bu şəxs İŞİD-in Türkiyədəki qoluna başçılıq edən Yusif Hoca tərəfindən geniş formada dəstək alıb. 

İŞİD-in Türkiyədəki qoluna bağlı şəxslər əsasən Mərkəzi Asiya ölkələri vətəndaşları, xüsusi ilə də Çindən gələn uyğurlardan ibarətdir. İstanbulda Reina gecə klubuna edilən hücumun arxasında da bu terror şəbəkəsinin dayandığı ehtimal edilir. Bu terror şəbəkəsi ötən il də Atatürk hava limanında törədilən partlayışın müəllifi sayılır. Yeni milad ili gecəsində Reina gecə klubunda olan insanlara tərəf atəş açan şəxs İŞİD-in "yalquzaq" adlandırılan üzvlərindəndir. 

Teqlər