İzmir partlayışı ilə bağlı 18 nəfər saxlanıldı
https://azeri.sahartv.ir/news/dünya-i254617-İzmir_partlayışı_ilə_bağlı_18_nəfər_saxlanıldı
Türkiyənin ədliyyə naziri cümə axşamı İzmirdə 2 nəfərin ölməsi ilə nəticələnən partlayış və silahlı hücumla əlaqədar 18 nəfərin həbs edilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2017 14:01 Asia/Baku
  • İzmir partlayışı ilə bağlı 18 nəfər saxlanıldı
    İzmir partlayışı ilə bağlı 18 nəfər saxlanıldı

Türkiyənin ədliyyə naziri cümə axşamı İzmirdə 2 nəfərin ölməsi ilə nəticələnən partlayış və silahlı hücumla əlaqədar 18 nəfərin həbs edilməsindən xəbər verib.

Röyters-in məlumatına görə, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ həmçinin bildirib ki, bu terror aktının PKK tərəfindən törədilməsi ilə bağlı heç bir şəkk və şübhə yoxdur. 

Cümə axşamı İzmirdə məhkəmə binası yaxınlığında bomba quraşdırılmış bir avtomobilin partladılması 2 nəfərin ölməsi və 3 nəfərin yaralanmasına səbəb olub. Bu hadisədə 2 terrorçu kamikadze də həlak olub. 

Türkiyə polisi cümə axşamı bu xəbəri təsdiq edərək, bildirib ki, terror aktında iştirak edən 3-cü şəxs hadisə yerindən qaçmağa nail olub. 

Bundan öncə yeni milad ili axşamında İstanbulda Reina gecə klubuna edilən hücumda 39 nəfər ölmüş, 69 nəfər isə  yaralanmışdı.