Avstriya müsəlmanları baş örtüyünün ləğvi haqda təklif layihəsinə reaksiya veriblər
Avstriya müsəlmanları ictimai işlərdə yaylığın qadağan edilməsi qadağası layihəsini tənqid ediblər.
Fars Xəbər Agentliyinin məlumatına görə, Avstriya müsəlmanları bu ölkə xarici işlər naziri Sebastian Kortezlə ictimai işlərdə yaylıqdan istifadənin qadağan edilməsi haqda danışıqların aparılmasını istəyiblər.
Avstriyada Müsəlmanların Təşəbbüskarlıq Cəmiyyətinin idarə heyətinin rəhbəri İmral Ravi deyib: Bu ölkə hökuməti və xarici işlər naziri müsəlmanların dəstəyinə malik olmağa maraq göstərirlər.
Avstriyanın dövlət müşaviri Haynts Fasmen və bəzi ekspertlər ictimai və dövlət idarələrində yaylıqdan istifadə qadağasını təklif edib və belə məsələnin qanuna daxil edilməsini istəyirlər.
Avstriya xarici işlər naziri bildirib ki, hökumət dövlət işçiləri, o cümlədən müəllimlərin yaylıq bağlamasını qadağan etmək istəyir.
Avstriyanın Mühafizəkar partiyası bu ölkədə yaylıqdan istifadəyə qadağa üçün qanunun ilkin mətnini hazırlayır.
Bu qadağa bu ölkə parlamentində təsdiqləndiyi halda Fransadakı qanunlardan da sərt olacaqdır.
Fransa 2011-ci ildə rübəndə qadağa tətbiq edib.
Almaniyada Xristian Demokrat partiyasının mühafizəkarları və radikal sağçıları da bu ölkədə rübəndə qadağa qoyulmasını istəyiblər.