İstanbulda ağır qara görə yüzlərlə uçuş ləğv edilib
İstanbulda ikinci gün dalbadal qar yağıntısı nəticəsində yüzlərlə uçuş ləğv edilib və minlərlə musafirin gediş-gəlişi əngəllənib.
FransPress-in verdiyi məlumata görə, İstanbulun Atatürk hava limanının rəhbəri bu gün deyib: Ağır qarın yağması nəticəsində Turkish Airlines şirkəti özünün 600-dən çox uçuşunu ləğv etmək məcburiyyətində qalıb.
Atatürk hava limanının rəhbəri deyib: İstanbulda 5 min müsafir uçuşdan qalıb və Atatürk beynəlxalq hava limanının qardan təmizlənilməsi əməliyyatları davam etməkdədir.
Atatürk hava limanının rəhbəri bu hava limanında hər gün 1500 uçuş və enişin qeydə alındığını xatırladaraq deyib: Gərgin hava şəraitinə görə aeroporta enən təyyarələrin sayı 209-a qalxan təyyarələtin sayı isə 172 ədədə enib.
Proqnozlara görə bu günün sonundan etibarən İstanbulda ağır qar yağıntısı yüngülləşəcək.