Ərdoğan Qərbdə müsəlmanlar əleyhinə mədəni irqçilik və rasizmin genişlənməsi barədə xəbərdarlıq etdi
https://azeri.sahartv.ir/news/dünya-i255307-Ərdoğan_qərbdə_müsəlmanlar_əleyhinə_mədəni_irqçilik_və_rasizmin_genişlənməsi_barədə_xəbərdarlıq_etdi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı xarici ölkə səfirlərinin illik iclasında deyib: Qərb ölkələrində genişlənməkdə olan İslam ilə düşmənçilik atmosferinə diqqət göstərmək lazımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2017 17:29 Asia/Baku
  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı xarici ölkə səfirlərinin illik iclasında deyib: Qərb ölkələrində genişlənməkdə olan İslam ilə düşmənçilik atmosferinə diqqət göstərmək lazımdır.

Əl-Cəzirə informasiya kanalının verdiyi məlumata görə, Ərdoğan deyib: İslam ölkələri Qərb ölkələrində yaşayan müsəlmanları himayə etmək üçün bir-biriləri ilə əməkdaşlıq etməlidirlər. Xarici ölkələrdə  yaşayan türkiyəlilər özlərinə qarşı düşmənçilikdən habelə, Qərbdə İslama qarşı yaradılmış nifrət atmosferindən əziyyət çəkirlər. Qərbdə genişlənməkdə olan mədəni irqçilik və rasizm bu ölkələrdə müsəlmanların təhlükəsizliyini təhdid edir və onlarda ciddi narahatlıq doğurur.

Türkiyə prezidenti həmçinin deyib: Bəzi Qərb siyasətçiləri İŞİD qruplaşmasından İslam dininin simasını ləkələmək üçün istifadə edirlər. Bu isə odla oynamaq deməkdir.