Rusiyaya qarşı sanksiyaların Tramp tərəfindən ləğv olunacağı ehtimal edilir
https://azeri.sahartv.ir/news/dünya-i255379-rusiyaya_qarşı_sanksiyaların_tramp_tərəfindən_ləğv_olunacağı_ehtimal_edilir
ABŞ-ın seçilmiş prezidenti Donald Trampın müşavirlərindən biri Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi ehtimalından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2017 13:08 Asia/Baku
  • Rusiyaya qarşı sanksiyaların Tramp tərəfindən ləğv olunacağı ehtimal edilir
    Rusiyaya qarşı sanksiyaların Tramp tərəfindən ləğv olunacağı ehtimal edilir

ABŞ-ın seçilmiş prezidenti Donald Trampın müşavirlərindən biri Rusiyaya qarşı sanksiyaların ləğv ediləcəyi ehtimalından xəbər verib.

PressTv-nin verdiyi məlumata görə, Kellyanne Convey dünən USA Today qəzetinə verdiyi açıqlamada Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların cəzalandırıcı xarakterə malik olduğunu diqqətə çəkərək deyib: Trampın bu sanksiyaların davam etməsi yaxud ləğv edilməsi barədə daha geniş araşdırma aparacağı gözlənilir. 

Barak Obama hökuməti dekabrın axırlarında Rusiyanı ABŞ-da son prezident seçkilərinin nəticələrinə müdaxilə etmək cəhdlərində ittihamlandıraraq Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi.