Gaziantep terror aktını törədən həbs edilib
-
Gaziantep terror aktını törədən həbs edilib
Türkiyənin Gaziantep şəhərində Polis qərargahına qarşı terror hücumu törədən şəxs həbs edilib.
İRNA-nın verdiyi məlumata görə, dünən Suriya sərhəddinə yaxın ərazidə yerləşən Gaziantep şəhərində polis qəragahına qarşı terror hücumunda , hücumçulardan biri öldürülmüş , ikinci adam isə parkinq də yaxalanmışdır.
Hücumçular Gaziantep şəhərinin təhlükəsizlik mərkəzinə girmək istəyiblər ancaq Türkiyənin təhlükəsizlik qvardiyasının reaksiyası ilə üzləşiblər.
Yüz minlərlə suriyalı didərgini qəbul etmiş Gaziantep şəhərinə qarşı sonuncu terror hücumu ötən il avqustun 20-də qeydə alınmışdı. Həmin terror hücumunda 60 nəfər ölüb 10 nəfər də yaralanmışdı.
İŞİD-in məsuliyyətini öz üzərinə götürdüyü bu terror hücumdan sonra Türkiyə Suriya ərazilərində Firat Qalxanı əməliyyatına start verdi.