Əfqanıstan prezidenti talibləri kəskin qınayıb
-
Məhəmməd Əşrəf Qəni
Əfqanıstan prezidenti Kabil və Qəndhardakı terrorçu partlayışların ardınca talibləri kəskin qınayaraq onlara qarşılıqlı cavab veriləcəyini bildirib.
XamePress-in verdiyi məlumata görə, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Kabildə 37 nəfərin ölümü və 70 nəfərin yaralanması ilə nəticələnən terrorçu partlayışlardan sonra bu gün bildirib ki, taliblər qarşılıqlı cavabı alacaqlar.
Əfqanıstan prezidenti deyib: Əfqanıstan xalqının qatilləri ölkənin heç bir yerində təhlükəsiz qalmayacaqlar və taliblərin vəhşi hücumu xalq və bəşəriyyətə qarşı açıq-aşkar düşmənçiliyi nümayiş etdirmiş oldu.
Əfqanıstan polis rəsmiləri bu partlayışlarda həlak olanların çoxunun mülki olduğunu bildiriblər.
Taliblər qrupu bu partlayışların məsuiyyətini öz üzərinə götürüb.