Karilona qırğını amili edama məhkum edildi
Cənubi Karolinada, Çarlston şəhərində bir kilsədə qaradərililəri qətlə yetirən cani barəsində edam hökmü çıxarıldı.
Euronyus telekanalının verdiyi məlumata görə, 22 yaşlı Dilen Ruf Çarlston şəhərinin ən qədim qaradərili cəmiyyətlərindən birinə qarşı bu irqçi hücuma görə peşmançılıq hissi keçirmədiyini deyib.
Bu cinayət 2015-ci ilin baharında baş vermişdi və 9 nəfərin ölümü ilə nəticələnmişdi. Bu hadisədə həyatını itirənlərdən birinin qardaşı olan Mülvin Qraham bunun puç bir qələbə olduğunu deyir. Çünki, bu qərar onun bacısını geri gətirməyəcək. Buna baxmayaraq, bu qərarın görə biləcəyi yeganə iş, onunla oxşar hisslərə malik olanlara mesajın verilməsi olacaq. Bu mesaj, bizim ictimaiyyətimizin bu kimi məsələlərə dözməyəcəyidir. Hər dəfə silahlı hücum barədə xəbər eşitdikdə ağlamağım gəlir. Bu kimi halların qarşısı alınmalıdır və belə düşünürəm ki, əgər bu problemi elə ilkin mərhələdə həll etməyə nail ola bilsək, bu problemin köklü həllinə kömək etmiş olacaq.
Dilen Ruf 2015-ci ilin 17 iyununda Çarlston qaradərililərinin kilsəsinə daxil olaraq, kilsədə olanlara tərəf atəş açmışdı.