Yan 11, 2017 17:49 Asia/Baku
  • Minlərlə nəfər Myanmadan qaçaraq, Çin sərhədlərinə sığınıb
    Minlərlə nəfər Myanmadan qaçaraq, Çin sərhədlərinə sığınıb

İnsan haqları fəalları Myanmadan insanların gecə vaxtı Çin sərhədlərinə doğru axın etməsindən xəbər veriblər.

Asoşeyted Press-in verdiyi məlumata görə, Myanma insan haqları fəalları çərşənbə günü bildiriblər ki, Myanma dövlətinin BMT nümayəndəsinə məntəqəyə baxış keçirmək icazəsi verməməsinin ardınca, minlərlə Myanma sakini zorakılıqlardan xilas olmaq üçün gecənin qaranlığında Çin sərhədlərinə doğru hərəkət edərək, bu ölkə ərazisinə daxil olublar.

Myanma dövlətinin BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Yanqhi Liyə Çin sərhədləri yaxınlığında yerləşən Hpakant and Laiza məntəqəsinə baxış keçirmək icazəsi verməməsinin ardınca, məntəqədə gərginlik bir qədər də yüksəlib.

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi Myanmada müsəlmanlara qarşı zorakılıqların artmasıilə bağlı ardıcıl hesabatların daxil olmasının ardınca  12 günlük səfər məqsədi ilə bu ölkəyə daxil olub. 

Statistik məlumatlara görə, Myanma ordusu ilə Myanmanın sərhəd məntəqələrində yaşayan azlıqlar arasındakı toqquşmalar son aylarda xeyli artıb. Amma, Myanmanın hakim Demokratiya üçün Milli Liqa Partiyasının sədri Ang San Su Çi mart ayında iqtidara gəldikdən sonra ölkədə sülhün bərqərar edilməsini öz hökumətinin başlıca prioriteti qərar verdi.

Myanma ordusu ilə Kaçin milli azlığı arasında ötən ilin noyabr ayında başlanan toqquşmalarda indiyə kimi onlarla nəfər ölüb, minlərlə nəfər isə didərgin düşüb.

Myanmanın Şan və Kaçin əyalətlərində hökm sürən gərginlik silahlı qruplar ilə Myanma hökuməti arasında sülh danışıqlarını təhdid edir.

Deyilənlərə görə, Myanmada sülh müzakirələrinin növbəti mərhələsi 2017-ci ilin fevralında keçirilməlidir.

Teqlər