Türkiyə parlamentinin üzvləri bir-birilərinin canına düşüblər
-
Türkiyə parlamentinin üzvləri bir-birilərinin canına düşüblər
Türkiyədə hakim partiyanın nümayəndələri və dövlət müxalifləri çərçənbə günkü iclasda bir-birilərilə dalaşıblar.
Əlaləm-ın məlumatına görə, bu iclasda Türkiyə parlamentinin üzvləri bu ölkə prezidentinin qüdrətini geniş surətdə artıracaq Türkiyənin əsas qanununda planlaşdırılmış islahatlar barədə araşdırmaya başlayıblar.
Müxalif partiyalardan olan parlament üzvləri hakim Ədalət və İnkişaf Partiyasını əsas qanunun maddələrini pozmaqda ittiham ediblər. Onlar əsas qanun islahatları barədə gizli səsvermənin keçirilməsini istəyiblər.
Müxalif partiyalardan olan bəzi parlament üzvləri vurğulayıblar ki, hakim partiya islahatların lehinə səs vermələri üçün onları təzyiq altında qoyub və nümayəndələrin səs müstəqilliyini aradan götürübdür.
Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğanın qüdrəti və ixtiyarlarını genişləndirmək məqsədilə əsas qanunun islahı layihəsini parlamentə təqdim edibdir.
Türkiyədə əsas qanunun islahı layihəsi elə bir şəraitdə irəli sürülübdür ki, Ərdoğan bu ölkədə uğursuz 15 iyul çevrilişindən sonra müxaliflərə və tənqidçilərə divan tutmaqdan qaynaqlanan daxili və xarici təzyiqlər altında qərar tapıbdır.
Ərdoğanı tənqid edənlər bu qənaətdədirlər ki, o, öz qüdrəti və ixtiyarlarını artırmaqla müxaliflərə qarşı avtoritar siyasətini şiddətləndirmək niyyətindədir.
Türkiyədə əsas qanunda hər cür islahat referenduma ehtiyac duymamaq üçün parlamentin 550 üzvündən minimum 367 üzvün dəstəyinə ehtiyaclıdır.
Bu layihənin Türkiyə parlamentində qəbul olunması və sonradan referenduma qoyulması üçün isə parlamentin 550 üzvündən minimum 330 nümayəndənin razılığı lazımdır.
Türkiyədə əsas qanunun islahı layihəsinin tərəfdarlarından olan Ədalət və İnkişaf Partiyası və Dövlət Bağçalının başçılıq etdiyi Milliyyətçi Hərəkət Partiyası bütövlükdə parlamentdə 355 səsə malikdirlər.
Türkiyə parlamenti çərşənbə axşamı günkü iclasında ilkin səsvermədə 338 lehinə səslə əsas qanunun islahı paketi barədə bəhslərin davam etməsinin lehinə səs verdi.