Yan 13, 2017 12:37 Asia/Baku
  • ABŞ Əfqanıstanın Qunduz vilayətində mülkini qırğın etdiyini etiraf edib
    ABŞ Əfqanıstanın Qunduz vilayətində mülkini qırğın etdiyini etiraf edib

Əfqanıstanda fəaliyyət göstərərn ABŞ hərbçiləri bir məlumat yayaraq, Qunduz vilayətinin Buz Qəndihari bölgəsində mülki əhalini qətlə yetirdiklərini etiraf ediblər.

Əfqanıstandakı amerikan hərbçilər NATO-nun ofisindən yaydıqları rəsmi məlumatda bildiriblər: Amerikan hərbçilərin 2016-cı il 2-3 noyabrda həyata keçirdikləri hərbi əməliyyatlarda Buz Qəndihari bölgəsində mülki əhali qırğın edilib. 

Məlumatda deyilir ki, əhaliyə qarşı hava bombardımanları, taliblərin yaşayış binalarından atəş açdıqları zaman həyata keçirilib. 

Araşdırmalardan sonra bəlli olub ki, bu əməliyyatda Buz Qəndihari bölgəsində 33 mülki həlak olub 27 nəfər də yaralanıb. 

Amerikan hərbçilər bildiriblər: Bu əməliyyat taliblərin başçılarının həbs edilməsi məqsədini güdürmüş və əməliyyatda Əfqanıstanın xüsusi qüvvələri də iştirak ediblər. 

Amerika qüvvələri Buz Qəndihari bölgəsində mülki əhalini qırğın etdiklərini elə bir şəraitdə etiraf edirlər ki, öncə bu barədə xəbərləri təkzib edir və əlavə təhqiqatların aparılmasını istəyirdilər. 

Teqlər