Yan 13, 2017 15:39 Asia/Baku
  • Qazaxıstan polisi ilə silahlılar arasında toqquşma
    Qazaxıstan polisi ilə silahlılar arasında toqquşma

Qazaxıstan polis qüvvələri ilə silahlı şəxslər arasında toqquşma bir nəfərin ölümü ilə nəticələnib.

İRİB-in verdiyi məlumata görə, Qazaxıstan polisi dünən gecə ölkənin şimal qərbində yerləşən Aktau vilayətində şose yolunda hərəkət edən bir ədəd avtomobilin sərnişinlərinə dayan əmri verdikdə, avtomobil sərnişinləri polisin üzərinə odlu silahlardan atəş açıblar. Bu toqquşmada bir nəfər ölüb. 

Qazaxıstan Daxili İşlər Nazirliyi bildirib ki, avtomobilin sərnişinləri ifratçı qruplara aid olublar. 

Ötən miladı ili iyun ayının beşində də Aktau vilayətinin mərkəzində Milli Qvardiyanın hərbi bölmələrindən birinə qarşı silahlı hücumda 23 nəfər həlak olmuşdu. 

Aktau şəhəri Qazaxıstanla Rusiya sərhədlərindən 100 km məsafədə yerləşən sənaye şəhəridir. 

Teqlər