Yan 13, 2017 16:51 Asia/Baku
  • Andrey Mişel
    Andrey Mişel

Britaniyanın leyboristlər palatasının üzvü Yəməndə bəzi bölgələrə baxış keçirərək ölkəsinin Yəmənə qarşı təcavüzkarlara dəstək faktları ilə tanış olub.

Əl-Minar televiziyasının verdiyi məlumata görə, Andrey Mişel Sədə vilayətinə baxış keçirərək, ölkəsinin təcavüzkarlara silah satışını davam etməklə Yəmən xalqına qarşı elan edilməmiş müharibədə iştirakı səviyyəsi ilə yaxından tanış olub. 

A.Mişel Sənanı tərk etməzdən öncə keçirdiyi mətbuat konfransında Sədə vilayətinə səfərinin yekunları barədə açıqlamasında  Britaniya dövlətinin Yəməndə sülhün əldə olunması istiqamətindəki səylərə üstünlük verilməsi üçün öz nüfuzundan istifadə edəcəyinə ümidvar olduğunu dilə gətirib. 

A.Mişel Sədə vilayətinə baxışı zamanı, dağıntılar və insan faciəsini  yaxından görüb və təcavüzkarların Yəmən xalqının başına yağdırdıqları parçalanan bombaları qalıqlarını müşahidə edib. 

Yəmənli jurnalist Əhməd Əl-Qanis Andrey Mişelin Yəmənə səfəri barədə deyir: O mətbuat konfransında Britaniyanın parçalanan bombaları 30 il öncə Səudiyyə Ərəbistanına verdiyini deyib, halbuki, Yəmənə atılan bu tip bombaların qalıqları göstərir ki, bunlar yenicə Britaniyada istehsal ediliblər, məhz buna görədə, Britaniyanın Səudiyyə Ərəbistanını parçalanan bombalarla təchiz edərkən Yəməndə humanitar fəaliyyətlərə qatılması böyük bir təzzaddan xəbər verir. 

Britaniya dövlətinin Səudiyyə Ərəbistanının Yəmənə təcavüzü nəticəsində əlil olan yəmənlilərə süni qol və qıçların hazırlanması sahəsində fəaliyyət göstərən qurumlara dəstək verməyə hazır olduğunu bildirən Mişel Yəmən rəsmilərinin belə bir cavabı ilə qarşılaşdı: Siz qadağan olunmuş silahları Səudiyyə Ərəbistanının ixtiyarına verməməsi üçün Britaniya dövlətini qane edə bilsəniz, bu bizim üçün kifayət edər. 

Bu Britaniya rəsmisinini Yəmənə səfəri ilə, Yəmənin siyasi dairələrində Britaniyanın Yəmən probleminin həlli üçün hansısa səylərə başlaması barədə ümidlər yaranıb amma Yəmən xalqı Ali-Səud rejiminə qadağan olunmuş silahların verilməsinin dayandırılmamasına görə Britaniya dövlətinə qarşı çox qəzəblidir. 

 

Teqlər