Tramp əleyhinə etirazlar odu sönməyəcək
-
Tramp əleyhinə etirazlar odu sönməyəcək
Donald Trampın prezidentin inaqurasiyası üçün hazırlaşdığı halda, Amerikanı bir neçə şəhəri onun müxaliflərinin aksiyasının şahididir və gələn həftə paytaxtda irimiqyaslı aksiyanın keçirilməsi qərara alınıb.
Press TV-nin məlumatına görə, Donald Tramp prezident olaraq bir neçə gün sonra and içəcək. Göründüyü qədər, ona hərəkətlərinə nifrət kulminasiya nöqtəsinə çatıb. Minlərlə amerikalı bir daha küçələrə axışaraq Trampın seçki kampaniyası zamanı danışdığı sözlərindən qəzəbləndiklərini bildirir. Çikaqo, Los-Anceles, Sen Xose və Vaşinqton şəhərlərində minlərlə amerikalı aksiya keçirib. Tramp müxalifləri Vaşinqtonda "Yerimizdən tərpənməyəcəyik" şüarı ilə yürüş keçiriblər.
Müxtəlif şəhərlərdə etirazçılar "Müsəlmanlara qarşı qeydiyyat ayrı-seçkiliyinə yox" və "Trampın nifrəti ilə mübarizə aparın" kimi yazılar olan plakatlar daşıyıblar. Onlar əhd bağlayıblar ki, Tramp mövqeyini dəyişmədiyi zamana qədər müqavimət göstərəcəklər.
Aksiyaların təşkilatçıları deyirlrə ki, etiraz aksiyaları 20 yanvara və Trampın rəsmən Ağ Evə daxil olduğu zamana qədər davam edəcək.