Avropadakı soyuqların əsas qurbanları miqrantlardır
https://azeri.sahartv.ir/news/dünya-i256480-avropadakı_soyuqların_əsas_qurbanları_miqrantlardır
Güclü soyuq kütləsinin gəlməsi ilə Avropada soyuqların əsas qurbanlarının miqrantlar olduğu nəzərə çarpır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2017 11:10 Asia/Baku
  • Avropadakı soyuqların əsas qurbanları miqrantlardır
    Avropadakı soyuqların əsas qurbanları miqrantlardır

Güclü soyuq kütləsinin gəlməsi ilə Avropada soyuqların əsas qurbanlarının miqrantlar olduğu nəzərə çarpır.

France 24 televiziyasının məlumatına görə, cari ilin əvvəlindən Şərqi Avropanı güclü soyuq kütləsi bürüyüb. Bəzi bölgələrdə havanın temperaturu -15 dərəcəyə çatır. Yanvar ayının əvvəlindən şaxta nəticəsində Avropada təxminən 20 nəfər dünyasını dəyişib. Onlardan bəzisinin kimliyi müəyyənləşməyib.

BMT Miqrantların Ali Komissarlığının məlumatına görə, həlak olanlardan beş nəfəri miqrant olub. İki əfqan və bir somalili miqrantın cəsədi Türkiyə yaxınlığında Bolqarıstanda aşkarlanıb.