Yan 16, 2017 20:01 Asia/Baku
  • Ceremi Korbin
    Ceremi Korbin

İngiltərənin Fəhlə partiyasının sədri Ceremi Korbin bu ölkə baş naziri Tereza Meyi İngiltərəni Avropanın kənarında zəif iqtisadiyyata çevrilməyə yönəltməkdə suçlayıb.

İngiltərənin xəzinədarlıq naziri Filip Hammondun gömrük maliyyələri maneələri ilə üzləşdiyi halda şirkətləri azaldacağını söyləməsindən sonra, Korbin BBC-yə müsahibəsində İngiltərənin Avropa Birliyindən çıxması müzakirələrində Meyin Nazirlər Kabinetinin strategiyasını tənqid edib.

O deyib: Görünür Tereza Mey bizi Avropa qarşısında zəif iqtisadiyyata çevrilmək istiqamətinə yönəldir. Bu halda biz şirkətlərin vergilərindən aşağı səviyyədə olacağıq. Biz ixracat bazarının yarısını itirəcəyik. Fikrimcə, bu strategiya çox təhlükəlidir və bu barədə çoxlu məsləhətləşmə və müzakirə aparılmalıdır. Qəbul etməliyik ki, bizim Avropa Birliyi ilə geniş əməkdaşlığımız hətta bu birlikdən çıxdıqdan sonra da davam etməlidir.

İngiltərənin İndependence partiyasının sabiq sədri Naycl Faraj Sky-a müsahibəsində deyib: Avropa Birliyindən çıxmaq üzrə icra prosesi bu birlikdən çıxmağa səs verən bir çox vətəndaşı nigaran etmişdir.

Faraj deyib: İnanıram ki, Tereza Mey həmişəki kimi soyuqqanlıqla hər bir məsələnin onun nəzarətində olduğunu göstərəcək. O arxayınlıq yaradan sözlər danışacaq və bir çox insan inanacaq ki, hər şey qaydasında irəliləyir. Lakin miqrant məsələsi araya gələndə, xatırladırıq ki, Tereza Mey daxili işlər naziri kimi fəaliyyət göstərdiyi zaman bu sahədə tamamilə uğursuz idi. Mən hələ də onun proqramları barədə qane olmamışam.

Teqlər