Yan 20, 2017 10:20 Asia/Baku
  • İƏT-in Myanma müsəlmanlarını himayə üzrə iclası yekun bəyanat yayıb
    İƏT-in Myanma müsəlmanlarını himayə üzrə iclası yekun bəyanat yayıb

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Myanmadakı Ruhinqa müsəlmanları böhranının araşdırılması üzrə fövqəladə iclası yekun bəyanatı, qətnamə və Kuala Lumpur Bəyannaməsinə şamil olan üç sənəd yayaraq, öz işini başa vurub.

İslam Əməkdaşlığı Təşkilatı dünən Kuala Lumpurda keçirilən öz fövqəladə iclasının qətnaməsi və yekun bəyanatında Myanmadakı Ruhinqa müsəlmanlarına qarşı repressiya və qırğınların davam etməsindən nigarançılıq edərək, bu ölkə dövlətindən istəyibdir ki, insan haqlarına və beynəlxalq qanunlara sadiq qalsın və böhranlı məntəqələrə dincliyin qaytarılması üçün təcili surətdə lazımi addımları atsın.

İslam Əməkdaşlığı Təşkilatının Kuala Lumpur iclasında yayılan sənədlərdə deyilir: Myanma dövləti əminlik verməlidir ki, təhlükəsizlik qüvvələri hər cür ayrı-seçkilikdən çəkinərək, qanunlar əsasında hərəkət edəcək və cinayətlər törətmiş kəslər öz cəzalarını alacaqlar.

Kuala-Lumpur iclasının iştirakçıları Myanma dövlətindən istəyiblər ki, Ruhinqa azlığının mədəni mahiyyəti və vətəndaş hüquqlarının daimi və ardıcıl inkarına son qoysun və bu ölkə daxilindəki düşərgələrdə və ya ölkə xaricində yaşayan myanmalı mühacirlərin geri dönmələrinə şərait yaratsın.

İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri həmçinin öz bəyanatlarında Fələstin xalqını və Qüsdi-Şərifi himayə edərək, işğal olunmuş Fələstin ərazilərində sionist qəsəbələr salmanın davam etməsini pisləyib və onu, həmin ərazilərin müstəmləkə edilməsi istiqamətində atılan addım adlandırıb.

Bu bəyanatda sionist qəsəbələr salmaya son qoyulması hədəfilə Qüdsü işğal etmiş rejimə təzyiq göstərmək üçün BMT Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsinin icrasının izlənilməsi vurğulanıb.

İslam Əməkdaşlığı Təşkilatının Kuala Lumpur iclasının yekun bəyanatında dünya ictimaiyyətindən istənilibdir ki, Fələstin xalqının inkarolunmaz hüquqlarının rəsmən tanınması üçün səy göstərsin.

Teqlər