Nyu-Yorkda Trampın mövqelərinə qarşı aksiya keçirilib
Amerikanın seçilmiş prezidentinin inaqurasiya mərasimi ərəfəsində tanınmış şəxsiyyətlər daxil olmaqla minlərlə nəfər Donald Trampın mövqelərinə etiraz olaraq, Nyu-Yorkda etiraz aksiyası keçirib.
Amerikanın seçilmiş prezidenti Donald Trampın inaqurasiya mərasimi bu gün keçiriləcək.
Frans-Press-in məlumatına görə, etirazçılar dünən axşam məşhur Nyu-York parkının kənarında yerləşən "Sentral Park Vest" prospekti boyu və "Kolumbus" meydanı ətrafında aksiya keçiriblər.
Etirazçıların əllərində üzərlərində "Trampla mübarizə-hər gün!", "Ədalət və vətəndaş hüququ-hamı üçün!" və "Eşq nifrətə qalibdir!" kimi şüarlar yazılmış plakatlar olub.
Nyu-York etirazçıları həmçinin bildiriblər ki, bu, Tramp dövlətinə qarşı etirazların başlanğıcıdır.
Tramp elə bir halda Amerikanın idarəçiliyi sükanını əlinə almaq istəyir ki, bu ölkə həm daxildə, həm də beynəlxalq səviyyədə bir çox problem və böhranla üz-üzədir.