ABŞ-ın seçilmiş prezidentiin tərəfdarları ilə müxalifləri arasında toqquşma baş verib
https://azeri.sahartv.ir/news/dünya-i257119-abŞ_ın_seçilmiş_prezidentiin_tərəfdarları_ilə_müxalifləri_arasında_toqquşma_baş_verib
ABŞ-ın seçilmiş prezidentiin tərəfdarları ilə müxalifləri Vaşinqtonda bir-birilərilə toqquşublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2017 16:11 Asia/Baku
  • ABŞ-ın seçilmiş prezidentiin tərəfdarları ilə müxalifləri arasında toqquşma baş verib
    ABŞ-ın seçilmiş prezidentiin tərəfdarları ilə müxalifləri arasında toqquşma baş verib

ABŞ-ın seçilmiş prezidentiin tərəfdarları ilə müxalifləri Vaşinqtonda bir-birilərilə toqquşublar.

Frans-Press-in məlumatına görə, ABŞ-ın seçilmiş prezidenti Donald Trampın müxalifləri cümə günü Trampın şərəfinə Vaşinqtonda keçirilən mərasimdən çıxarkən onun tərəfdarları ilə toqquşublar.

Vaşinqton polisi Trampın tərəfdarları ilə müxaliflərini dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Vaşinqtonda toqquşma Trampın müxaliflərinin onun himayədarlarının hərəkət yolunu bağlayaraq, ona və tərəfdarlarına qarşı şüarlar verərkən baş verib.

Trampın müxaliflərindən olan Aleks Kristofer Vaşinqton aksiyasında deyib ki, ABŞ-ın seçilmiş prezidenti və tərəfdarları sosial ədalətə, azlıqların və qadınların hüquqlarına əsla məhəl qoymurlar.

Belə bir halda, Trampın andiçmə mərasiminə bir neçə saat qalmış Amerikanın əksər şəhərləri onun prezidentilyinə qarşı etirazlar və aksiyalar səhnəsi olubdur.