Yan 23, 2017 11:21 Asia/Baku
  • Trampa qarşı etirazçılar Amerikanın taleyindən nigarandırlar
    Trampa qarşı etirazçılar Amerikanın taleyindən nigarandırlar

Amerikada Donald Trampa qarşı etirazçılar ölkələrinin gələcəyindən nigarandırlar.

PressTv-nin verdiyi məlumata görə, Amerikanın müxtəlif şəhərləri ABŞ prezidenti Donald Trampın əleyhinə geniş aksiyaların şahidi olub. 

Aksiyaçılar Trampın irqçiliyi, faşist və qadınlara qarşı olduğunu və buna görə də kənarlaşmalı olduğunu bildiriblər, aksiyaçılar xalqın Trampa qarşı üsyan etməsini istəyiblər. 

Bir qadın aksiyaçı deyir: Mən dörd il susa bilmərəm, mən qadın haqları uğrunda mübarizəmi davam etdirəcəyəm. Mən öz hüquqlarını müdafiə edə bilməyənlərin hüquqları uğrunda mübarizə aparacağam. 

Başqa bir qadın deyir: Məncə, o yaxşı adam deyil, onun bizim prezidentimiz olduğuna çox narahatam. 

Bir qaradərili etirazçı isə deyir: Trampın vəzifəyə təyin etdiyi adamların çoxundan razı deyiləm. Bu xalqı nigaran edir və məhz buna görə, biz belə bir möhtəşəm aksiyanın şahidiyik. 

Teqlər