Yan 23, 2017 15:34 Asia/Baku
  • Myanma müsəlmanları
    Myanma müsəlmanları

Myanma və Asiyanın şərqində 41 qeyri-hökumət təşkilatı bir bəyanat yayaraq, Myanma müsəlmanlarının bu ölkə dövləti tərəfindən qırğın edilməsi, repressiyalara məruz qalması və hüquqlarının pozulması barədə araşdırmaların aparılmasını istəyiblər.

İRNA-nın verdiyi məlumata görə, sözü gedən qurumlar bir bəyanat imzalayaraq Ruhingiya müsəlmanları tərəfindən onların hüquqlarının pozulması barədə irəli surulmuş iddialara baxılması üçün Myanma dövlətinə təzyiq göstərilməsini istəyiblər. 

Myanmada və Asiyanın şərqində universitet qrumları, azlıqların hüquqlarının müdafiəçiləri, qadınların hüquqi qurumları və qeyri-hökumət təşkilatlarından ibarət çoxlu sayda hüquq fəalı bu bəyanata qol çəkib. Bəzi buddist qruplar və etnik azlıqlar da bu bəyanatı imzalayıblar. 

Bu qruplar ötən həftə Malayziyada Myanma müsəlmanlarının durumunun araşdırılması üçün keçirilən İslam Əməkdaşlıq Təşkilatının iclasında da iştirak etmişdilər. 

Myanma hüquq müdafiəçiləri öz bəyanatlarında Raxin vilayətində hazırkı durumun doğru-düzgün və müstəqil şəkildə araşdırılmasını istəyiblər. 

53 milyonluq Myanma əhalisinin əksəriyyətini təşkil edən buddistlər 2012-ci il Raxin vilayətində Ruhingiya müsəlmanlarının qırğın edilməsi əməliyyatını istiqamətləndirmişlər. 

Teqlər