Amerika Ərəbistan və Küveytə bir milyard dollarlıq silah satır
https://azeri.sahartv.ir/news/dünya-i257557-amerika_Ərəbistan_və_küveytə_bir_milyard_dollarlıq_silah_satır
Amerika müdafiə nazirliyi bildirib ki, Ərəbistan və Küveytə dəyəri təqribən bir milyard dollar olan müdafiə təchizatları satacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2017 07:54 Asia/Baku
  • Amerika Ərəbistan və Küveytə bir milyard dollarlıq silah satır
    Amerika Ərəbistan və Küveytə bir milyard dollarlıq silah satır

Amerika müdafiə nazirliyi bildirib ki, Ərəbistan və Küveytə dəyəri təqribən bir milyard dollar olan müdafiə təchizatları satacaq.

Frans-Press-in məlumatına görə, Pentaqon bir bəyanatda bildirib ki, bu ölkənin dövlət departamenti tezliklə konqresdən Lokhid Martin(Lockheed Martin) silahqayırma şirkətinin istehsalı olan on ədəd monitorinq və nəzarət balonunun satışı və bu balonlardan istifadə təlimi ilə razılaşmasını istəyəcək.

Bu bəyanata əsasən, Ərəbistana balon satışı müqaviləsi özünün Yaxın Şərqdəki müttəfiqi- Ərəbistanın gücləndirilməsi yolu ilə Amerika milli təhlükəsizlik və xarici siyasət hədəflərinin gücləndirilməsinə gətirib çıxaracaqdır.

Yuxarıdan nəzarət və casusluğa imkan verən bu balonların dəyəri 525 milyon dollardan yuxarı hesab edilir.

Amerika müdafiə nazirliyi və dövlət departamenti həmçinin ümidvarlıq ediblər ki, konqres Küveytin silahlı qüvvələrinə satılmış Apaçi vertolyotlarının təmiri və modernləşdirilməsi üçün 400 milyon dollardan yuxarı dəyərə malik olan bir müqavilənin imzalanması ilə razılaşacaq.

Vaşinqton bundan öncə bildirmişdi ki, Küveyt Yaxın Şərqdə amerikan qüvvələr üçün giriş darvazası və hərbi bazanın yaradılmasında mühüm rol oynayır.