ABŞ Trans-Pacifik Sərbəst Ticarət Sazişindən ayrılıb
Yan 24, 2017 08:19 Asia/Baku
-
ABŞ Trans-Pacifik Sərbəst Ticarət Sazişindən ayrılıb
Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın Trans-Pacifik Sərbəst Ticarət Sazişindən ayrılmasına dair göstərişi imzalayıb.
Press TV-nin məlumatına görə, Donald Tramp dünən bu göstərişi imzalamazdan öncə deyib ki, Trans-Pacifik Sərbəst Ticarət Sazişindən çıxmaq amerikalı fəhlələrin xeyrinə olacaq.
Trans-Pacifik Sərbəst Ticarət Sazişindən ayrılma Trampın seçki təbliğatlarındakı vədlərindən biri olubdur.
Avstraliya, Bruney, Kanada, Çili, Yaponiya, Malayziya, Meksika, Yeni-Zelandiya, Peru, Sinqapur və Amerika bu sazişi imzalamış ölkələrdir.
Dünya iqtisadiyyatının 40 faizi bu 12 ölkənin ixtiyarındadır.
Teqlər